EN

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında öldü

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, – məlumatda deyilir.

Chosen
24
36
heftelik.az

10Sources