Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Qalib gəlmək hər zaman xoşdur. Futbol oynamağa çalışdıq. Layiqli qalibiyyət əldə etdiyimizi düşünürəm”.
İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan Premyer Liqasının son turunda “Zirə” ilə matçdan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko deyib.
Oyun 3:2 hesabı ilə Naxçıvan təmsilçisinin xeyrinə qurtarıb.
“Qarşımızda yaxşı rəqib var idi. “Zirə” nə istədiyini bilən, çox yaxşı təşkilatlanmış komandadır. Baş məşqçinin işi görünür, hara gəldi vurmağa çalışmırlar, futbol göstərməyə çalışırlar. Futbolçularımı qələbə münasibəti ilə təbrik etdim. Biz layiqli qələbə qazandıq. “Zirə”ni üstələməyə çalışdıq. Təssüf ki, bəzi xırda vəziyyətlərdə səhvlər edirdik. Bu halda rəqibə şans verirdik. Qapımızda da qol görürdük.
Amma daha çox möhkəmlənmək, daha yüksək yerlər üçün daha səliqəli, daha ağıllı futbol oynamaq lazımdır. Topu möhkəm saxlamaq, sadə vəziyyətlərdə rəqibə verməmək lazımdır. Qalib gəldik. Hardasa bəxtimiz də gətirdi. Son dəqiqələrdə qapımıza penalti də təyin edildi. Heç-heçə də ola bilərdi, amma qalib gəldik”, - baş məşqçi bildirirb.
“Araz-Naxçıvan” mövsümü 46 xalla 6-cı yerdə başa vurub.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.