21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Publika.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Neftçi"nin yetirməsi, hazırda İtaliyanın "Sampdoriya" klubunun aşağı yaş qrupları üzrə komandasında çıxış edən Lorenzo Mezzotero da var.
19 yaşlı italiyalı hücumçu Azərbaycan yığmasına cəlb olunub.