ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Qadınlar arasında futbol üzrə Çempionlar Liqasının finalında “Barselona” və “Lion” qarşılaşıblar.
İdman.Biz bildirir ki, oyun Oslodakı “Ulleval” stadionunda baş tutub. Kataloniya komandası 4:0 hesabı ilə qalib gəlib.
Matçın ilk qolunu ikinci hissədə, 55-ci dəqiqədə “Barselona”nın polşalı hücumçusu Eva Payor vurub. O, 69-cu dəqiqədə dubl edib. 90-cı dəqiqədə “Barselona”nın hücumçusu Salma Paralyuelo hesab arasındakı fərqi artırıb. 90+3-cü dəqiqədə Salma Paralyuelo oyundakı ikinci qolunu vurub.
Turnirin əvvəlki mərhələlərində Kataloniya klubu “Real Madrid”i ümumi hesabla 12:2, “Bavariya”nı isə 5:3 məğlub edib. Finala gedən yolda “Lion” Almaniyanın “Volfsburq” (4:1) və Londonun “Arsenal” (4:3) komandalarına qalib gəlib.
Ötənilki turnirin “Arsenal” “Barselona”nı 1:0 hesabı ilə məğlub etmişdi.
“Barselona” 4-cü dəfədir Çempionlar Liqasının qalibi olur.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.