EN

Şolz SPD nin “Almaniya üçün Alternativ”lə əməkdaşlığına qarşı çıxıb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Almaniyanın keçmiş kansleri, 2021–2025-ci illərdə bu vəzifəni icra etmiş Olaf Şolz (Almaniya Sosial Demokrat Partiyası — SPD) sosial-demokratların “Almaniya üçün Alternativ” (AfD) partiyası ilə əməkdaşlığına qarşı olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Almaniya Konstitusiyasının qüvvəyə minməsinin növbəti ildönümü münasibətilə "X" sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

“Biz vətəndaşlar olaraq Əsas Qanunumuzu qorumaq üçün hər cür səbəbə malikik. Buna görə də bu günlərdə ictimaiyyət qarşısında "brandmauer"in — yəni sağ radikal qüvvələrlə əməkdaşlığa qoyulan tabu qaydasının tənqid edilməsi narahatlıq doğurur”, - deyə bildirib.

Şolz qeyd edib ki, Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqının azlıq hökuməti qurmasının tələb olunması da təhlükəli tendensiyadır: “Belə bir hökumət AfD-nin dəstəyindən asılı vəziyyətə düşəcək. Buna yol vermək olmaz. AfD ilə, xüsusilə də Konstitusiyamızın ruhuna uyğun demokratik dövləti idarə etmək olmaz”, - deyə keçmiş kansler vurğulayıb.

Bundan əvvəl Şolzun partiya yoldaşı, Şlezviq-Holşteyn federal torpağının keçmiş baş naziri Torsten Albiq SPD-yə müəyyən məsələlər üzrə AfD ilə əməkdaşlıq etməyi tövsiyə etmişdi. Onun fikrincə, AfD-yə qarşı siyasi blokların yaradılması demokratiyanın effektivliyinə zərbə vurur və seçicilərin məyusluğunu artırır.

AfD 2013-cü ilin aprelində Avrozonadakı iqtisadi problemlər və Yunanıstanın borc böhranı fonunda siyasi səhnəyə çıxıb. İlk dövrlərdə əsasən iqtisadi gündəmə fokuslanan partiyanın populyarlığı Almaniya və Avropa İttifaqında miqrasiya böhranının dərinləşməsi ilə sürətlə artmağa başlayıb.

Almaniyada AfD sağ populist partiya kimi tanınır. Digər siyasi qüvvələr onunla həm federal, həm də regional səviyyədə koalisiya qurulmasını mümkünsüz hesab edirlər. 23 fevral 2025-ci ildə Bundestaqa keçirilən növbədənkənar seçkilərdə AfD tarixində ilk dəfə ikinci yeri tutub. Son aylarda isə partiya siyasi qüvvələrin reytinqində inamla liderlik edir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
bizimyol.info

1Sources