EN

Acun Ilıcalının "Hall Siti"si Premyer Liqaya vəsiqə qazandı: 220 milyon dollar

İngiltərə futbolunda mövsümün ən dramatik qarşılaşmalarından biri türk iş adamı Acun İlicalının sahibi olduğu "Hall Siti"nin möhtəşəm zəfəri ilə başa çatıb.

Fanat.Az xəbər verir ki, Çempionşipin pley-off mərhələsinin finalında "Midlsbro"nu minimal hesabla (1:0) məğlub edən "pələnglər" növbəti mövsüm İngiltərə Premyer Liqasında çıxış etmək hüququ qazanıblar.

Londondakı məşhur "Uembli" stadionunda baş tutan gərgin matçın taleyini oyunun son dəqiqələrində Oli Makbörni tərəfindən vurulan yeganə qol həll edib.

Qeyd edək ki, bu qələbə sayəsində "Hall Siti" klubu teleyayım hüquqları, reklam gəlirləri və kommersiya müqavilələri daxil olmaqla minimum 180 milyon funt-sterlinq (təxminən 220 milyon dollar) məbləğində nəhəng bir maliyyə vəsaitini rəsmən büdcəsinə təmin edib.

Kamil Xudiyev

Chosen
4
1
fanat.az

2Sources