EN

“Neftçi”dən ardıcıl ikinci xal itkisi

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Bu gün Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, mövsümə bir xalla başlayan “Neftçi”nin bu dəfə  Bayılda xal itkisi ilə yadda qalıb. “Ağ-qaralar” “Səbail”in müqavimətini qıra bilməyib. 24-cü dəqiqədə Yuri Matiasın qolu “Neftçi”yə üstünlük qazandırıb. İkinci hissənin əvvəlində isə “dənizçilər” Dmmitro Litvinlə bərabərliyi təmin ediblər. Bu, görüşdə sonuncu qol olub və tərəflər 1 xala razılaşıblar.

Azərbaycan Premyer Liqası

II tur

10 avqust

Səbail – Neftçi 1:1

Qollar: Yuri Matias, 24 – Dmitro Litvin, 48

Baş hakim: Kamal Umudlu

“ASCO Arena”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
50
futbolpress.az

10Sources