İran ABŞ ilə aparılan dolayı danışıqlar çərçivəsində uranın 3.6%-dən yuxarı zənginləşdirilməsinin 10 il müddətinə dayandırılması təşəbbüsü ilə çıxış edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran uranın 20%-dən yuxarı zənginləşdirilmiş hissəsini ölkə daxilində "seyrəltməyə" hazır olduğunu da bildirib.
Bildirilib ki, mümkün sənəd layihəsində İran nüvə silahı istehsal etməyəcəyini təsdiqləyir. Bunun müqabilində isə ABŞ-dən sanksiyaların tam ləğvini və dondurulmuş aktivlərin qaytarılmasını tələb edir.