Şotlandiya Kubokunda 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
QOL.az xəbər verir ki, "Hempden Park" stadionunda keçirilən final qarşılaşmasında "Seltik" və ikinci divizion təmsilçisi "Danfermlin" komandaları üz-üzə gəliblər.
Matç "Seltik"in 3:1 hesablı qələbəsi və kuboka sahib çıxması ilə yekunlaşıb.
23 may
"Seltik" - "Danfermlin" - 3:1
Qollar: D.Maeda, 18, A.Engels, K.İhenaço // C.Kuper
Bu nəticə ilə "Seltik" tarixində 43-cü dəfə Şotlandiya Kubokunun qalibi olub. Qeyd edək ki, Martin O'Nillin çalışdırdığı komanda ötən həftəsonu "Hart of Midlotian"ı məğlub edərək 56-cı dəfə ölkə çempionluğunu da rəsmiləşdirib.
Xatırladaq ki, "Danfermlin" bu kuboku sonuncu dəfə 1968-ci ildə qazanıb.