EN

Azər Bağırov: “Rəhbərliklə heç bir problemim yoxdur”

ain.az bildirir, Idman.biz portalına istinadən.

“Gənc futbolçulara şans verdiyim üçün çox sevinirəm. Bəlkə də onlar Azərbaycan futbolunun gələcək simaları olacaqlar. Öz üzərlərində çox çalışmalıdırlar”.

İdman.Biz bildirir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə oyundan sonra deyib.

Oyun 1:0 hesabı ilə “Neftçi”nin xeyrinə bitib.

“Oyuna gəldikdə, uşaqlar döyüşdülər, bacardıqlarını etdilər. Hər birinə təşəkkür edirəm. Biz gələndə “Kəpəz”in 6 oyunda 6 məğlubiyyəti var idi. Belə vəziyyətdə komandanı götürmək çətin idi. 12 legioner transfer olunmuşdu. Bunun fonunda komandanı Premyer Liqada saxladıq.

Şahnur İsmayılovla Raul Hüseynlini vurğulamaq istərdim. Bacarıqlı futbolçulardır. Daha çox çalışmalıdırlar. Çünki artıq üzərlərində diqqət var”, - məşqçi bildirib.

Bağırov “Şamaxı” klubuna keçəcəyi barədə şayiələr barədə danışmaq istəməyib:

“Bu barədə danışmaq istəmirəm. Klubun rəsmi hesablarında məlumat veriləcək. Ümid edirəm ki, hər şey Azərbaycan futbolu üçün uğurlu olar.

Rəhbərliklə də heç bir problemim yoxdur. Klubdan mənə qalmaq təklifi olunmuşdu. Beynimdə müəyyən məsələlər var. Hər şey üçün zaman lazımdır. Klubun etdiyi təklif builkindən yaxşı idi.

Doğruluğun və verdiyim sözün üstündə durmağın tərəfdarıyam. Daim “Kəpəz” azarkeşlərini sevindirmək istəmişəm. Büdcə buna imkan verməyəcəksə, azarkeşlərin yanında əlacsız durumda olacağam.

Bəzi məsələlər var ki, bilinmir. Belə olanda qərar vermək çətindir”.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
icma.az

1Sources