EN

Ukrayna Rusiyanın neft terminalını və bir sıra strateji obyektlərini vurdu

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 23-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir sıra mühüm obyektlərinə zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hədəflər arasında Novorossiysk şəhərində yerləşən “Şesxaris” neft terminalı da olub. Baş Qərargahın məlumatına görə, obyektə dəqiq zərbə endirildiyi və terminal ərazisində yanğın baş verdiyi təsdiqlənib.

“Şesxaris” Rusiyanın Qara dəniz sahilində yerləşən ən iri neft terminallarından biridir və “Transneft” şirkətinin sisteminə daxildir. Terminalın illik ötürmə gücü 75 milyon tona qədərdir, rezervuar parkının ümumi həcmi isə təxminən 1,28 milyon kubmetr təşkil edir. Obyekt neft və neft məhsullarının ixracını təmin etməklə yanaşı, Rusiya ordusunun ehtiyaclarının qarşılanmasında da istifadə olunur.

Baş Qərargahın məlumatına əsasən, Ukrayna Müdafiə Qüvvələri eyni bölgədə yerləşən “Qruşovaya” neft bazasına da zərbə endirib. Hücum nəticəsində həmin ərazidə də yanğın qeydə alınıb.

Bildirilir ki, “Qruşovaya” neft bazası “Şesxaris” kompleksinin əsas hissələrindən biridir və Rusiyanın cənubundakı ən böyük rezervuar komplekslərindən sayılır. Rezervuarların ümumi tutumu 1,2–1,4 milyon kubmetrə çatır. Obyekt neft və neft məhsullarının saxlanılması, daşınması və yüklənməsi üçün istifadə olunur, həmçinin işğalçı dövlətin hərbi logistikasında mühüm rol oynayır.

Bundan başqa, Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid gəmilərin yerləşdiyi bölgəyə də uğurlu zərbə endirildiyi bildirilib. Hazırda CHRYSALIS tankerinin vurulduğu təsdiqlənib.

Məlumata görə, Ukrayna qüvvələri Luqansk və Zaporojye vilayətlərinin müvəqqəti işğal altında olan ərazilərində düşmənin rabitə qovşaqlarını da hədəfə alıb. Zaporojyedə işğalçı qüvvələrə məxsus maddi-texniki təchizat anbarı vurulub. Donetsk vilayətinin Rusiyanın nəzarətində olan hissəsində isə sursat anbarına zərbə endirilib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Yaroslavl şəhərində yerləşən neft emalı zavodunun vurulduğunu açıqlamışdı. O qeyd etmişdi ki, söhbət Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqlıqda yerləşən obyektdən gedir. Zelenski həmçinin vurğulamışdı ki, Ukrayna Rusiyanın hücumlarına cavab olaraq daha uzaqmənzilli əməliyyatlar hazırlayır.

Bu arada daha əvvəl verilən məlumata görə, Ukrayna pilotsuz uçuş aparatlarının hücumundan sonra Rusiyanın ən iri neft emalı zavodlarından biri fəaliyyətini qismən dayandırıb. Söhbət Nijni Novqorod vilayətində yerləşən NORSI neft emalı zavodundan gedir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
icma.az

1Sources