EN

Zelenski Ukraynaya “assosiativ üzvlük” təklifindən imtina edib və tam üzvlük istəyir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Friedrich Merzin Ukraynaya Avropa İttifaqında (Aİ) assosiativ üzvlük statusu verilməsi təklifini qəbul etməyib. O, bu ideyanı, xüsusilə də səsvermə hüququ olmadan üzvlük nəzərdə tutduğu üçün “ədalətsiz” adlandırıb.

Bizimyol.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynanın Aİ-də iştirak edib qərarlara təsir edə bilməməsi düzgün deyil. O bildirib ki, artıq ölkənin tamhüquqlu və real üzvlüyə doğru irəliləməsi vaxtıdır.

Daha əvvəl Almaniya kansleri Avropa İttifaqının digər liderlərinə və Avropa Komissiyası ilə Avropa Şurasının rəhbərlərinə məktub göndərərək Ukraynaya “assosiativ üzvlük” statusunun verilməsini təklif etmişdi. Bu status Kiyevə Aİ-nin idarəetmə institutlarının işində iştirak imkanı versə də, səsvermə hüququ nəzərdə tutmurdu.

Merts bu təşəbbüsü Aİ-yə tam üzvlüyün “yüngülləşdirilmiş versiyası” kimi deyil, 2014-cü il assosiasiya sazişinin genişləndirilməsi kimi təqdim etmişdi. Onun fikrincə, bu addım Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirə bilərdi. O həmçinin Ukraynanın Avropanın hərbi strukturlarına daha sıx inteqrasiyasını və Aİ-nin qarşılıqlı müdafiə maddəsinin tətbiqini də təklif etmişdi.

Təklif aşağıdakıları əhatə edirdi:

təhlükəsizlik zəmanətlərini təmin etmək üçün blokun qarşılıqlı yardım və müdafiə müddəalarını Ukraynaya tətbiq etmək üçün "siyasi öhdəlik";Ukraynaya Avropa Komissiyasında səsvermə hüququ olmayan komissar müavini vəzifəsi və Avropa Parlamentində səsvermə hüququ olmayan nümayəndələr verilməsi;Aİ büdcəsinə tədricən çıxış.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
bizimyol.info

1Sources