EN

Su hövzələrində təhlükəsizliyə dair seminar-müşavirə keçirilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Neftçala rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda seminar-müşavirə keçirib.

Hafta.az FHN-ə istinadən bildirir ki, müşavirədə rayon icra hakimiyyəti və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, polis və təhsil şöbələrinin, təcili tibbi yardım bölməsinin, yerli gigiyena və epidemiologiya mərkəzinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.

Tədbirdə sözügedən rayonun ərazisindəki su hövzələrində təhlükəsizliklə bağlı keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş etdirilərək onların aradan qaldırılması yolları geniş müzakirə olunub.

Müşavirələrdə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.

Chosen
5
8
hafta.az

10Sources