EN

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

WUF13 BMT-nin şəhərsalma və urbanizasiya üzrə ən böyük platformasıdır. Forum BMT-nin Şəhərsalma Proqramı tərəfindən təşkil olunur və əsas mövzusu təhlükəsiz və dayanıqlı şəhərlərdir. Bura tikinti, şəhərsalma, ağıllı şəhərlər, nəqliyyat, mənzil layihələri , iqlimə davamlı urbanizasiya, yaşıl şəhər modelləri və sairə kimi mövzuların müzakirə olunduğu qlobal platformadır. Azərbaycan belə bir platformaya ev sahibliyi etdi və əlbətdə ki, Azərbaycana minnətdarlıq edildi.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Bu diplomatik dildə "tədbir yaxşı təşkil olundu" deməkdir və Azərbaycan ev sahibi kimi logistikanı, təhlükəsizliyi və infrastrukturu yüksək səviyyədə təşkil etməyə nail ola bildi. Əlbəttə ki, bu tədbir bir daha sübut etdi ki Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün əlverişli ölkədir və onun bu istiqamətdə bacarığı və təcrübəsi gələcəkdə istənilən beynəlxalq və regional tədbirə ev sahibliyi etmək üçün ola biləcək maneələri aradan qaldırdı. Azərbaycan dövləti və xalqına qarşı minnətdarlıq, doğrudur, beynəlxalq tədbirlərdə standart diplomatik etiket olaraq istifadə edilir. Amma, bunun tam mənasız olmadığını da qeyd etmək lazımdır. 176 ölkədən onminlərlə iştirakçının ölkəmizə təşrif buyurması, BMT strukturlarının iştirakı , media, nəqliyyat, hotellər, logistika, texniki koordinasiya və digər məsələlər əlbəttə ki, böyük təşkilatçılıq qabiliyyəti tələb edir və böyük yük hesab olunur" - politoloq deyib.

O, qeyd edib ki, dünya təcrübəsinə əsaslanaraq demək olar ki, bu kimi tədbirlərdə problem çıxmırsa, bu artıq idarəçilik baxımından uğurlu ev sahibliyi sayılır və bu səbəbdən də Azərbaycan xalqının yüksək qonaqpərvərliyinə verilən qiymətin təməlində təcrübə və məsuliyyət öz sözünü demişdir:

"Əlbəttə, Azərbaycan son illərdə özünü regional mərkəz və körpü ölkə kimi tanıtmağa çalışır. Beynəlxalq dialoq məkanı və təhlükəsiz platforma olaraq özünü təqdim edən Azərbaycan, COP29, Formula 1 , İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərakatı tədbirləri və indi keçirilən WUF13 platforması eyni strategiyasının hissəsi olaraq qəbul etmək olar. Burada məqsəd Azərbaycanın təkcə neft ölkəsi kimi tanınması ilə kifayətlənməmək, beynəlxalq proseslərdə iştirak edən aktyor olaraq mesaj verməkdir.

Həmçinin bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirir. Geopolitik baxımdan vacib sayılan bu siyasət Azərbaycanın turizm və biznes sektoruna da çox faydalıdır".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
icma.az

1Sources