
Hazırda əsasən mexaniki və smart tipli sayğaclardan istifadə olunur. Mövcud sayğacların əksəriyyətinin istismar müddəti başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
Onun sözlərinə görə, texniki pasportlara əsasən onların istifadə müddəti təxminən 10 il nəzərdə tutulsa da, hazırda 12-15 il istifadə olunan sayğaclar mövcuddur:
“Smart sayğaclar müəyyən qədər “ağıllı idarəetmə” imkanı yaratsa da, biz artıq uzaqdan oxunan və idarə olunan yeni nəsil sayğaclara keçid edirik.