EN

Çempion komandadakı ŞOK AYRILIĞın pərdəarxası bütün detalları məlum oldu !

Dünən Coy-Lens Mikelsin "Sabah"dan ayrılması barədə yazdığımız xəbər bomba effekti yaratdı.

Bir anda sosial şəbəkələrin və digər platformaların əsas müzakirə mövzusuna çevrildi.

HüPremyer Liqanın "Turan Tovuz"la baş tutan son matçının ardınca Valdas Dambrauskasın oyunçu barrədə verdiyi açıqlama həm də xəbərin rəsmi təsdiqi idi.

Biz isə pərdənin arxasında nələrin yaşanması ilə bağlı bəzi detallar əldə etmişik.

32 yaşlı hücumçu əslində "Sabah"da qalmağa isti yanaşıb.

Klub və baş məşqçi də onu saxlamaqda maraqlıdır.

Hər nə qədər litvalı mütəxəssis "biz kimdənsə asılı deyilik" desə də Mikelsə ehtiyacı olduğunun fərqindədir.

Hər iki tərəf eyni şeyi istəyirsə, bəs problem nədədir?

Ortaq razılığa gəlməyə mane olan yeganə səbəb maliyyədir.

19 qolla Premyer Liqanın bombardiri olan almaniyalıya həm ölkəmizdən, həm də xaricdən kifayət qədər cəlbedici təkliflər var.

Son mövsümdəki əla performansını və gələn təklifləri kluba bildirən forvard maaşının artırılmasını tələb edib.

Hətta Mikels aldığı təkliflərlə müqayisədə nisbətən aşağı məbləğə qalmağa da razılaşıb.

Amma "Sabah" rəhbərliyi onun tələblərini qarşılamaqdan imtina edib. Düzdü, uğurlu mövsümə görə mükafat verlib, maaş artımı vəd olunub. Lakin futbolçunun tələb etdiyi qədərinə razılıq verilməyib.

Belədə əcnəbi forvard "Sabah"dakı ikinci dönəmini qapamaq qərarına gəlib.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
40
sportinfo.az

1Sources