Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin Polşaya silah tədarükündə önəmli hadisə baş verib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ötən gün ABŞ-dən Polşaya üç ədəd beşinci nəsil “F-35” qırıcı təyyarəsi gəlib. Qırıcı təyyarələr Lodz yaxınlığındakı Laskdakı 32-ci Taktiki Hava Bazasına eniş edib.
Bu, Polşaya verilən ilk belə təyyarələrdir. Varşava Amerika şirkəti “Lockheed Martin”-dən cəmi 32 ədəd “F-35” sifariş edib. Çatdırılmaların 2029-cu ilə qədər tamamlanması planlaşdırılır.
Polşa Müdafiə naziri Vladislav Kosiniak-Kamış təyyarənin gəlişindən sonra hərbi bazada deyib ki, "Bu, bütün Polşa Silahlı Qüvvələrinin əməliyyat imkanlarını həqiqətən dəyişdirən əla bir andır".
O qeyd edib ki, bunlar NATO-nun şərq cinahında yerləşdirilən ilk beşinci nəsil qırıcılardır və bu, güclü transatlantik birliyi simvolizə edir.
“AzPolitika.info”
#F35PL #Husarz pic.twitter.com/9gTUiLm2hO
— Ministerstwo Obrony Narodowej (@MON_GOV_PL) May 22, 2026 Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.