Lukaş Podolski peşəkar futbol karyerasını bitirdiyini açıqladı.
Publika.az xəbər verir ki, Polşanın “Qurnik” klubu bu barədə sosial media hesabında məlumat yayıb.
Klub həmçinin 40 yaşlı hücumçunun klubun sahiblərindən birinə çevrildiyini təsdiqləyib.
Hücumçu karyerası ərzində Almaniya millisində 130 oyun keçirib və 49 qol vurub. Milli komanda ilə Dünya çempionu olub, həmçinin Avropa çempionatında gümüş və bürünc medallar qazanıb.