EN

Rusiyada Ermənistan içkilərinin satışı dayandırıldı



“Rospotrebnadzor” Rusiyada bəzi Ermənistan istehsalçılarının spirtli içkilərinin satışını dayandırıb. Bu barədə qurumun açıqlamasında bildirilib.

Qeyd edilib ki, məcburi tələblərə cavab verməyən keyfiyyətsiz məhsulların satışının qarşısını almaq üçün ticarət müəssisələrinə və idxalçılara məhsul satışının dayandırılması, eləcə də keyfiyyətsiz məhsulların dövriyyədən çıxarılması barədə müvafiq tələblər göndərilib.

Rospotrebnadzor əlavə edib ki, VEDI-ALKO QSC, Abovyansky Konyak Fabriki MMC və Shakhnazaryan Wine and Cognac House MMC tərəfindən istehsal olunan məhsulların məcburi tələblərə cavab vermədiyi, keyfiyyətsiz olduğu aşkar edilib.

Keyfiyyətsiz məhsullar siyahısında Ermənistan tərəfindən istehsal olunan bir çox içkinin adı yer alır.

Tahir TAĞIYEV

Chosen
34
baki-xeber.com

1Sources