EN

Ukrayna 1700 km uzaqlıqdakı zavodu vurdu

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Perm diyarında yerləşən “Metafraks” zavoduna endirilən zərbəni rəsmən təsdiqləyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özünün "Telegram" kanalında məlumat paylaşıb. Zelenski Rusiyanın mühüm hərbi müəssisələrindən birinin vurulmasına görə Ukrayna Təhlükəsizlik Xidmətinə (UTX) təşəkkürünü bildirib.

"Bizim sərhəddən məsafə 1700 kilometrdir, söhbət Perm diyarından gedir. Şirkətin məhsulları Rusiyanın digər onlarla hərbi istehsalat sahəsini təmin edir. Buraya aviasiya texnikası, dronlar, raket mühərrikləri və partlayıcı maddələr daxildir. Artıq müəssisədə istehsal prosesi dayandırılıb", – deyə Ukrayna Prezidenti vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
1
modern.az

2Sources