EN

Çempion komanda yeni təyinata hazırlaşır - NİYƏ O?

Daha əvvəl xəbər verdiyimiz kimi, Premyer Liqaya vəsiqə qazanan "Şəfa" yeni baş məşqçi ilə yola davam edəcək.

Kluba çempionluq qazandıran Elgiz Kərəmlini Zaur Həşimov əvəzləyəcək.

Bakı təmsilçisinin dəyişiklik qərarının ciddi əsasları var.

Rəhbərlik riskə getmək istəmir. Daha ciddi, güclü rəqiblərin olduğu liqaya daha təcrübəli sima ilə getməyi doğru hesab edir.

Aftandil Hacıyev və Ayxan Abbasovla danışıqlar arzulanan kimi keçmədi.

Sonda Zaur Həşimov daha məqbul hesab edilib.

Ən son Həşimov variantında israr edilməsi də səbəbsiz deyil.

PRO kateqoriyalı çalışdırıcının Premyer Liqa təcrübəsi var.

O, "Qəbələ" və "Zirə"də çalışıb.

Digər tərəfdən "Şəfa" elitada da daha çox azərbaycalı oyunçuların xidmətindən istifadə etməyi düşünür.

Həşimovun yerli oyunçularla işləmək təcrübəsi az deyil.

O, 2020-ci ildən "Zirə"nin akademiyasında koordinator kimi çalışır.

Arxada qalan 6 ildə "Zirə-2"ni də çalışdırmış mütəxəssis məhdud büdcə ilə ortaya yaxşı iş qoymağı bacarıb.

Akademiya sahəsində gördüyü işlərlə barəsində müsbət fikirlər formalaşdırıb.

Bir növ gənclərlə dil tapmağı, onların inkişafına fayda verməyin yollarını bilir.

Bütün bunlar onun "Şəfa"da gənc və təcrübəli azərbaycanlı oyunçular ilə bərk kollektiv formalaşdıra biləcəyinə inam yaradır.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
38
sportinfo.az

1Sources