EN

Medvedev Paşinyanı ağır təhqir etdi

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəni Avropa qaz tariflərinə keçirmək qərarına gələrsə, yerli əhali onu hakimiyyətdən qovacaq. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın hökumət başçısını bu sözlərlə kəskin tənqid edib.

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Medvedev bu barədə özünün "MAX" sosial şəbəkə hesabında yazıb. "Hər kəsə bəllidir ki, Avropa qaz qiymətlərinə keçid zamanı "A" ölkəsinin (Ermənistanın) əhalisi bu şəxsi çirkli əskilərlə birbaşa Parisə, onun sevgi dolu dostu Emmanuel Makronun yanına qovacaq", – deyə Medvedev qeyd edib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Paşinyanın Ermənistan üçün Rusiya qazının mövcud qiymətlərinin qorunub saxlanmasının vacibliyi barədə bəyanatını da şərh edib. Medvedev xatırladıb ki, hazırda Avropada qazın qiyməti Ermənistan tariflərindən əhəmiyyətli dərəcədə yüksəkdir. Onun fikrincə, İrəvanın Rusiya ilə Avropa İttifaqı arasında balans yaratmaq cəhdləri ölkə üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər. O, həmçinin ironiya ilə Ermənistana ABŞ-dan mayeləşdirilmiş qazın tədarükü barədə danışıqlara başlamağı təklif edib.

Bundan əlavə, Medvedev Paşinyanın siyasətini tənqid edərək bildirib ki, İrəvan eyni zamanda həm Avropa İttifaqı ilə yaxınlaşmağa, həm də Avrasiya İqtisadi İttifaqında iştirakın üstünlüklərini qoruyub saxlamağa çalışır. Rusiya rəsmisinin sözlərinə görə, Ermənistanın Baş naziri "iki stul arasında oturmağa" cəhd edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
modern.az

1Sources