EN

“Turan Tovuz”un futbolçusu Konfrans Liqasına vəsiqə qazanmaqları barədə danışıb

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Necə də möhtəşəm səyahət idi. Uğurlu mövsüm üçün minnətdaram".

İdman.Biz xəbər verir ki, bu sözləri "Turan Tovuz"un futbolçusu Emmanuel Hakman sosial şəbəkə hesabında yazıb.

31 yaşlı toqolu müdafiəçi qərb təmsilçisinin 2025/2026 mövsümündəki çıxışı ilə bağlı fikirlərini bölüşüb:

"Çox çalışdıq, fədakarlıq etdik və inandıq. Turan ailəsinə çox təşəkkür edirəm. Rəhbərliyə, məşqçi heyətinə, komanda yoldaşlarıma və inanılmaz azarkeşlərimizə. Hamınızla çox fəxr edirəm".

Hakman UEFA Konfrans Liqasına vəsiqə qazandıqlarını da yazıb:

"Bunun üçün daha çox təşəkkür edirəm, xoşbəxtəm. Tezliklə görüşənədək. Tətilləriniz xoş keçsin".

Qeyd edək ki, "Turan Tovuz" UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
1
icma.az

2Sources