EN

Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şamaxı, 23 may, AZƏRTAC

Azərbaycan Güləş Federasiyası tərəfindən Şamaxı şəhərinə təşkil olunan mediatur çərçivəsində jurnalistlər yerli güləş zalına baxış keçiriblər.

AZƏRTAC xəbər verir ki, media nümayəndələrinə zalda yaradılan şərait, idmançıların məşq prosesi və gələcək planlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, bölgələrdə güləşin inkişafı, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində ardıcıl işlər aparılır.

Tur iştirakçıları məşq zalında idmançılar üçün yaradılan şəraitlə tanış olub, məşq prosesini izləyiblər. Qeyd olunub ki, müasir avadanlıqlarla təchiz edilən zalda müxtəlif yaş qrupları üzrə güləşçilər hazırlıq keçirlər.

Federasiya nümayəndələri vurğulayıblar ki, regionlarda idman infrastrukturunun gücləndirilməsi Azərbaycan güləşinin gələcək uğurları baxımından mühüm əhəmiyyət daşıyır.

Müxbir - Cavid Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
azertag.az

2Sources