EN

Podolski də butslarını mıxdan asdı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, məlumatı 40 yaşlı futbolçunun formasını geyindiyi Polşa təmsilçisi "Qurnik Zabje" yayıb.

Podokskinin “Qurnik”in səhmlərinin bir hissəsini aldığı da açıqlanıb. Ölkə çempionatının yekun turunda “Radomyak”la görüş təcrübəli forvard üçün sonuncu olacaq.

Xatırladaq ki, ön xətt oyunçusu Almaniya millisində 130 matça çıxaraq 49 qola imza atıb. O, uğurları üçün çalışdığı yığma ilə dünya çempionu olub. Podolski daha öncə “Bayern Münhen”, “Arsenal”, “Köln”, “Qalatasaray”, “Vissel Kobe”, “İnter” və “Antalyaspor”da oynayıb.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
52
2
fanat.az

3Sources