EN

75 yaşlı şair Telman Axıncı yeni kitabını festivalda təqdim etdi

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 2-ci günü çərçivəsində şair Telman Axıncı oxucularla görüşüb və kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, 75 yaşlı T. Axıncı 5 kitab müəllifidir və yaradıcılığında əsasən poeziyaya üstünlük verir.
 

MÖVZU İLƏ BAĞLI: 

Səidə İkigainin motivasiya kitabları maraqla qarşılandı


Şair heca vəznində şeirlər və poemalar qələmə alır. O, həmçinin hekayə kitabının müəllifidir və povest janrında da əsərlər yazır.

Müəllifin yaradıcılığında sevgi, milli-mənəvi dəyərlər, vətənpərvərlik və müxtəlif həyat mövzuları əsas yer tutur.

Festival çərçivəsində Telman Axıncının yeni çapdan çıxmış “Xatirəyə dönən ömür” kitabı ilə yanaşı, “Sevgi dolu ürək”, “Bir ömür də istəyirəm”, “Nə yaxşı ki...” və “Axıncının səsiyəm” kitabları da oxuculara təqdim olunub.

Təqdimat sırasında "Şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göstərilən diqqətə və qayğıya görə" T. Axıncıya Təşəkkürnamə təqdim edildi.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

Chosen
21
8
bizim.media

10Sources