EN

"Liverpul" gənc istedad üçün 100 milyon avro ödəyəcək?

Avropanın nəhəng klubları yay transfer pəncərəsi öncəsi heyətlərini gücləndirmək üçün fəaliyyətə başlayıblar.


Manset.az Fanat.az-a istinadən xəbər verir ki, Almaniyanın "Leyptsiq" klubunda çıxış edən Yan Diomande İngiltərə təmsilçisi "Liverpul"un əsas transfer hədəfinə çevrilib.

Fil Dişi Sahilindən olan istedadlı futbolçu ilə Fransa nəhəngi PSJ yaxından maraqlansa da, hazırda mersisaydlılar bu yarışda rəqiblərini geridə qoyaraq ön sıraya yüksəlməyi bacarıblar.

Lakin Bundesliqa təmsilçisi gənc ulduzunu asanlıqla buraxmaq niyyətində deyil və onun transferi üçün minimum 100 milyon avro və ya daha yüksək bir məbləğ tələb edir.

Chosen
13
2
manset.az

3Sources