Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 82-yə çatıb.
Publika.az xəbər verir ki, son məlumata görə 9 nəfər hələ də itkin hesab olunur, 123 nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə və axtarış işlərinə 755 nəfər cəlb olunub. Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.