EN

"Onunla keçirdiyim illər məndə məşqçi olmaq istəyini oyatdı”

“Bayern”in baş məşqçisi və “Mançester Siti”nin sabiq oyunçusu Vinsent Kompani Xosep Qvardiolanın cari mövsümün sonunda İngiltərə klubundan ayrılmaq qərarına münasibət bildirib.

Publika.az xəbər verir ki, Kompaninin sözlərini “X”də “Bayern&Germany” hesabı sitat gətirib:

“Qvardiolanın mənə təsiri varmı? Əlbəttə ki, mənim öz xarakterim və şəxsiyyətim var, amma Pepə mənə etibar etdiyi və məşqçi olmaq yolunda inandığı üçün təşəkkür etməliyəm. Onun təsiri çox böyük idi. İnsanlar taktika və texnika haqqında çox danışırlar, amma nəticədə hər şey qalib gəlmək və həmişə irəliləmək istəyindən asılıdır. Peplə işləmək mənim üçün bir hədiyyə idi. Onunla keçirdiyim illər məndə məşqçi olmaq istəyini oyatdı”.

Chosen
35
publika.az

1Sources