EN

XİN Çinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Çində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

“Çinin Şansi əyalətindəki kömür mədənində baş verən faciəvi partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması bizi dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Xilasetmə və bərpa işlərində iştirak edən aidiyyəti qurumlar və fövqəladə hallar əməkdaşları ilə həmrəy olduğumuzu bildirir, bu faciədən zərər çəkən hər kəsin kədərini paylaşırıq”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, sözügedən kömür mədənində baş verən partlayış nəticəsində 82 nəfər həlak olub.

"Cebheinfo.az"

 

Chosen
33
9
cebheinfo.az

10Sources