Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çinə başsağlığı verib.
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında məlumat verilib.
"Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və çox sayda insanın həyatını itirməsi və yaralanması ilə nəticələnən faciəli partlayışdan dərin kədər hissi keçiririk. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə sağalmalarını arzulayırıq. Xilasetmə və bərpa işlərində iştirak edən hakimiyyət orqanları və təcili yardım işçiləri ilə həmrəy olduğumuzu bildirir və bu faciədən zərərçəkənlərin hamısının kədərini bölüşürük", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Çinin şimalında yerləşən Şansi əyalətində kömür mədənində baş verən partlayış zamanı azı 82 nəfər ölüb.