EN

Azərbaycan XİN Çinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Çinə başsağlığı verib.

APA xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Çinin Şansi əyalətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması bizi dərin kədərə qərq edib.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların hamısına tezliklə sağalmağı arzulayırıq.
Xilasetmə və bərpa işlərində iştirak edən aidiyyəti qurumlar və fövqəladə xidmət əməkdaşları ilə həmrəy olduğumuzu bildirir, bu faciədən zərər çəkən hər kəsin kədərini bölüşürük”, - deyə paylaşımda qeyd edilib.

Chosen
4
10
apa.az

10Sources