EN

May ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) may ayı üzrə müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini tamamlayıb.

Nazirlikdən verilən məlumata görə, bununla da may ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb.

DSMF bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt və Abşeron rayonu, eləcə də Naxçıvan Muxtar Respublikasında yaşayan pensiyaçıların, mayın 20-də isə digər bölgələrdə yaşayan və güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarını ödəyib. 

Chosen
8
36
anews.az

10Sources