EN

Məşhur amerikalı reper öldü

"It Takes Two" hitinin yaradıcısı, tanınmış amerikalı reper Rob Beys 59 yaşında vəfat edib.
ONN media xəbər verir ki, bu barədə musiqiçinin İnstaqram səhifəsində bildirilib.
"Hip-hop əfsanəsi Rob Beysin xərçəng xəstəliyi ilə uzun müddət mübarizə apardıqdan sonra ölməsi barədə xəbəri ürək ağrısı paylaşırıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, "It Takes Two" 1988-ci ildə “Billboard” siyahılarında üçüncü yerə yüksəlib. Mahnı həmçinin "The Proposition" və "Iron Man 2" də daxil olmaqla bir neçə Hollivud filminin saundtreklərində yer alıb.

Chosen
15
3
onn.az

6Sources