EN

Neftçi” bu gün “Kəpəz”lə qarşılaşacaq

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin etmiş “Neftçi” Premyer Liqanın XXXIII turunda “Kəpəz”lə qarşılaşacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Paytaxt təmsilçisi 56 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 27 xal olan Gəncə klubu isə onuncu sırada yer alıb.

Turun digər matçında “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcəklər. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Zirə” 53 xalla beşinci, Naxçıvan təmsilçisi isə 43 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq.

Daha əvvəl baş tutan görüşlərdə “Qəbələ” “Şamaxı”nı 3:1, “Sabah” “Turan Tovuz”u 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
6
azpost.info

10Sources