Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu ardıcıl dördüncü, ümumilikdə isə karyerasında altıncı dəfə dünyanın ən çox qazanan idmançısı olub. 2026-cı ildə 41 yaşlı futbolçunun gəliri 300 milyon dollar təşkil edib.
Bu barədə “Forbes” nəşri yazıb.
Ümumi məbləğin 235 milyon dolları “Ən-Nəsr”lə müqavilədən, 65 milyon dolları isə reklam müqavilələri və müxtəlif kommersiya layihələrindən əldə olunub.
1990-cı ildən etibarən “Forbes”un idmançı reytinqi dərc etməyə başladığı dövrdən bəri ümumi qazanc baxımından Kriştianu Ronaldu boksçu Floyd Meyuezerin rekordunu təkrarlayıb. Amerikalı idmançı 2015-ci ildə eyni məbləği – 300 milyon dollar qazanmışdı. Lakin inflyasiya nəzərə alınarsa, Meyuezerin qazancı 427 milyon dollara bərabərdir.
İlin ən çox qazanan 10 idmançısı birlikdə ümumilikdə 1.4 milyard dollar əldə edib.
İlk onluqda, həmçinin aşağıdakı idmançılar yer alıblar:
Saul Alvares (boks) – 170 milyon dollar;
Lionel Messi (futbol) – 140 milyon dollar;
LeBron Ceyms (basketbol) – 137.8 milyon dollar;
Şohey Ohtani (beysbol) – 127.6 milyon dollar;
Stefen Karri (basketbol) – 124.7 milyon dollar;
Con Ram (qolf) – 107 milyon dollar;
Kərim Benzema (futbol) – 104 milyon dollar;
Kevin Dürant (basketbol) – 103.8 milyon dollar;
Lyuis Hemilton (“Formula-1”) – 100 milyon dollar.