EN

“ABŞ ilə danışıqlarda qəti nəticə gözlənilmir”

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"ABŞ ilə danışıqlarda yaxın zamanda qəti nəticə gözlənilmir".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi televiziyada çıxışı zamanı deyib.

O, ABŞ ilə aparılan danışıqlarda yaxın həftələr və ya aylarda yekun nəticə əldə olunmasının real görünmədiyini bildirib.

Bəqayi qeyd edib ki, Tehran və Vaşinqton arasında danışıqlar davam etsə də, tərəflər hələ razılaşmaya yaxın mərhələyə çatmayıblar.

Onun sözlərinə görə, iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur və qısa müddətdə yekun razılığın əldə olunacağını düşünmək doğru deyil.

"Bir neçə görüş, bir neçə həftə və ya aylıq danışıqlarla qəti nəticəyə gələcəyimizi söyləmək mümkün deyil", - deyə iranlı diplomat vurğulayıb.

Bəqayi bildirib ki, diplomatik proses zaman tələb edir və mövcud mərhələdə əsas diqqət regionda müharibə riskinin azaldılmasına yönəlib. O əlavə edib ki, nüvə məsələləri hazırda tam şəkildə həll olunmayıb.

İran rəsmisi Livan da daxil olmaqla, bölgədə bütün cəbhələrdə gərginliyin azaldılmasının vacibliyini qeyd edib. O, həmçinin Hörmüz boğazı və ABŞ-nin tətbiq etdiyi dəniz məhdudiyyətləri ilə bağlı məsələlərin müzakirələrin gündəmində qaldığını bildirib.

Bəqayi zənginləşdirilmiş uran məsələsinin danışıqlarda əsas mübahisə mövzularından biri olduğunu deyərək, tərəflər arasında əvvəlki təcrübələrin uğursuz nəticələndiyini xatırladıb.

"Digər tərəfin əsassız tələbləri danışıqların dalana dirənməsinə və nəticədə gərginliyin artmasına səbəb olub", - deyə o bildirib.

İran rəsmisi əlavə edib ki, ABŞ danışıqlar prosesində maksimalist tələblər irəli sürməyə davam edir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
news.milli.az

1Sources