ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
19 yaşlı hücumçu Yan Diomand “Liverpul”un prioritet transfer hədəflərindən biridir.
Lent.az xarici mediaya istinadla bildirir ki, gənc “Leyptsiq” oyunçusuna Paris Sen-Jermen də ciddi maraq göstərir. Lakin hazırda futbolçu uğrunda mübarizədə ən güclü mövqedə məhz “Liverpul” dayanır.
Bildirilir ki, danışıqlar mərhələsinə keçiləcəyi təqdirdə, “Leyptsiq” transfer üçün 100 milyon avrodan çox məbləğ tələb edəcək.
Yan Diomand 16 iyul 2025-ci ildə İspaniyanın “CD Leganes” klubundan “RB Leyptsiq”ə transfer olunub. Transferin məbləği 20 milyon avro təşkil edib və futbolçu ilə beşillik müqavilə imzalanıb.
O, mövsüm ərzində 33 oyunda iştirak edib, 12 qol vurub və 8 məhsuldar ötürmə verib.
Diomand 2025/2026 mövsümünün Bundesliqa üzrə ən yaxşı debütantı seçilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.