EN

Konqo millisinin DÇ 2026 da iştirakı təhlükə altında

ain.az, Qol.az saytına istinadən bildirir.

Konqo millisinin DÇ-2026-da iştirakı təhlükə altında

Konqo millisinin ABŞ-da keçiriləcək 2026-cı il dünya çempionatında iştirakı təhlükə altına düşüb.

QOL.az bu barədə ESPN-ə istinadən xəbər verir. Ağ Evin DÇ-2026 üzrə işçi qrupunun icraçı direktoru Endryu Culiani bildirib ki, Konqoda yayılan Ebola virusuna görə milli komanda xüsusi təcrid qaydalarına əməl etməlidir.

Onun sözlərinə görə, Konqo yığması ABŞ-a yollanmamışdan əvvəl 21 gün ərzində tam təcrid şəraitində qalmalıdır:

“Konqo Demokratik Respublikasına açıq şəkildə bildirdik ki, iyunun 11-də Hyustona gəlməzdən əvvəl 21 günlük “balon” rejiminin bütövlüyünü qorumalıdırlar. Hökumətə də izah etmişik ki, bu tədris qaydalarına əməl olunmasa, ABŞ-a gəlmək imkanını itirə bilərlər”.

Culiani virusun ölkəyə daxil olmasının qarşısını almaq istədiklərini vurğulayıb: “Heç bir virusun ərazimizə daxil olmasını və ya yaxınlaşmasını istəmirik”.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. K qrupunda yarışacaq Konqonun rəqibləri Portuqaliya, Kolumbiya və Özbəkistan milliləridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
56
1
qol.az

2Sources