EN

İrandan ABŞ-a nüvə ittihamı: Vaşinqtonun ifrat tələbləri...

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) İcmal Konfransı ABŞ və müttəfiqlərinin hərəkətləri səbəbindən ardıcıl üçüncü dəfə yekun sənəd olmadan başa çatdı.

Musavat.com xəbər verir ki, bu iddia ilə İranın BMT-dəki Daimi Nümayəndəliyi çıxış edibr: "Həddindən artıq ABŞ tələbləri NPT-ni sərbəst şəkildə çökməyə sövq edir". İran tərəfi həmçinin iddia edir ki, "nüvə silahsızlanması olmadan NPT-nin gələcəyini təsəvvür etmək mümkün deyil".

Daha əvvəl konfransa sədrlik edən Vyetnamın BMT-dəki Daimi Nümayəndəsi Do Hung Viet konfransın yekun sənəd üzərində konsensusa gələ bilmədiyini bildirmişdi.

Qeyd edək ki, 27 apreldə Nyu-Yorkdakı BMT-nin qərargahında 11-ci NPT İcmal Konfransı başlayıb. Hər beş ildən bir keçirilən bu konfrans, müqavilənin iştirakçısı olan demək olar ki, bütün 191 ölkəni üç əsas sahədə - yayılmama, nüvə silahsızlanması və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə həyata keçirilməsini qiymətləndirmək üçün bir araya gətirir. Konfrans dünən yekun sənəd imzalanmadan başa çatıb.

Musavat.com

Chosen
64
musavat.com

1Sources