EN

Rəcəbov Moskvada mübarizə aparacaq

Rusiyanın paytaxtı Moskvada şahmat üzrə 12 qat dünya çempionu Anatoli Karpovun anadan olmasının 75 illiyi münasibətilə beynəlxalq turnir keçirilir.

Sportinfo.azxəbər verir ki, turnirdə dünyanın bir sıra tanınmış qrosmeysterləri ilə yanaşı, Azərbaycanın tanınmış şahmatçısı Teymur Rəcəbov da iştirak edir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov isə baş hakim kimi turnirə dəvət olunub.

Beynəlxalq turnirin qalibləri mayın 23-də müəyyənləşəcək.

Chosen
110
sportinfo.az

1Sources