EN

Eyfel qülləsinin pilləkən hissəsi rekord qiymətə satıldı

Fransada keçirilən hərracda Eyfel Toverin spiral pilləkəninin bir hissəsi 450 min avroya satılıb.

Musavat.com xəbər verir ki, satışa çıxarılan 14 pilləli spiral konstruksiyanın hündürlüyü 2,7 metr, çəkisi isə 1,4 ton olub. Hərracın başlanğıc qiyməti 150 min avro qiymətləndirilsə də, yekun satış məbləği ilkin dəyəri üç dəfə üstələyib.

Bununla belə, bu satış rekord hesab edilmir. Belə ki, 2008-ci ildə Eyfel qülləsinin başqa bir pilləkən hissəsi amerikalı kolleksiyaçıya 550 min avroya satılmışdı.

Qeyd edək ki, Eyfel qülləsi mühəndis Gustave Eiffel tərəfindən layihələndirilib və 1889-cu ildə Ümumdünya sərgisi çərçivəsində inşa olunub. Hərracda satılan hissə vaxtilə ziyarətçilərin ikinci mərtəbədən qüllənin zirvəsinə qalxması üçün istifadə edilən vintvari pilləkənin bir parçası olub.

1983-cü ildə həmin konstruksiya sökülərək 24 hissəyə bölünüb. Onlardan 20-si müxtəlif illərdə hərraclarda satılıb.

Musavat.com

Chosen
21
7
musavat.com

8Sources