Bakı, 23 may, AZƏRTAC
İran və ABŞ arasında bir sıra mübahisəli məsələlər üzrə müəyyən irəliləyiş əldə edilib, lakin bütün fikir ayrılıqları aradan qaldırılmadan yekun razılaşma mümkün olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə tərəflər arasında mübahisəli məsələlər üzrə danışıqlar və məsləhətləşmələr davam edir.
Qeyd olunub ki, hazırda əsas diqqət müharibənin başa çatdırılmasına yönəlib və bu məsələ həll olunana qədər digər mövzular müzakirə edilməyəcək.