BAKI, 23 may. TELEQRAF
Çexiya Prezidenti Petr Pavel ABŞ rəhbərliyinin son addımlarının NATO daxilində qeyri-müəyyənlik yaratdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Çexiya Xəbər Agentliyi” xəbər yayıb. Pavel ABŞ Prezidenti Donald Trampın 5 min amerikalı hərbçinin Polşaya göndərilməsi barədə qərarına münasibət bildirərkən narahatlığını ifadə edib.
Çexiya lideri qeyd edib ki, əvvəllər müttəfiqlər qoşunların sayı və yerləşdirilməsi ilə bağlı dəyişikliklər barədə bir-birini əvvəlcədən məlumatlandırırdı.
Onun sözlərinə görə, amerikalı hərbçilərin Polşaya yerləşdirilməsi barədə məlumat hətta NATO-nun Avropadakı qüvvələrinin baş komandanına da əvvəlcədən verilməyib.
Pavel əlavə edib ki, NATO üzvü olan ölkələrin gələcəkdə bu cür addımların koordinasiyası ilə bağlı ortaq razılığa gələcəyinə inanır.