Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl cari mövsümün sonunda iş yerini dəyişəcəkləri ilə bağlı məlumatlar yayılan iki legionerlə - qapıçı Mateuş Koxalski və yarımmüdafiəçi Marko Yankoviçlə bağlı son vəziyyətin nə yerdə olduğunu açıqlayıb.
Klub rəsmisi Fanat.Az-a açıqlamasında Marko ilə Mateuşun Ağdam təmsilçisindən ayrılmayacaqlarını bildirib:
"Hər Koxalskinin, həm də Yankoviçin müqaviləsi var. Hazırda onların gedişi gözlənilmir. Hə, hər ikisinin təklifləri olub. Amma həmin təkliflər artıq qüvvədə deyil".
Xatırladaq ki, Misli Premyer Liqasındakı mübarizəni 2-ci yerdə başa vuran "Qarabağ" Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.