EN

Belə hakimlik varsa, davam etməyə dəyməz “Difai”nin prezidenti

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Sabah" səhvlər etdi, məşqçilərini dəyişdi, düzgün nəticələr çıxardı və çempion oldu. Müəyyən məşqçilərin səhvləri yekunda aşağı liqaya düşməyimizə səbəb oldu" - bu sözləri “Football-plus.az”a açıqlamasında "Difai"nin prezidenti Asəf Məlikov klubun 1-ci liqanı tərk etməsi haqda danışarkən bildirdi. Məlikov idarəçiliklə bağlı məqama da toxundu: “Hakimlər bəzən yanlış qərarlar verir. 3-4 oyunda rəqibə qələbə qazandırılırsa, itirilən xallar gələcəkdə təsirini göstərir. Dünən oyunçumuz diz qapağından ciddi zədə aldı. Meydanı xərəkdə, göz yaşları içində tərk etdi. Axşama qədər xəstəxanada qalmışıq. Hakim qırmızı vərəqəlik qayda pozuntusunda nəinki vərəqə göstərdi, heç cərimə zərbəsi belə təyin etmədi".Məlikov Ağsu təmsilçisinin liqadan çəkilmə ehtimalını da vurğuladı: “İkinci liqada iştirakımız haqda hələ ki qərar verməmişik. Belə hakimlik, belə yanaşmalar varsa, davam etməyə dəyməz. Dekorlar dəyişir, artistlər dəyişir, səhnə dəyişmirsə, burda qalmağın xeyri varmı, yoxmu - aydınlaşdırılmalıdı. Klubun fəaliyyətini dayandırması ehtimalını da nəzərdən keçiririk".Xatırladaq ki, dünən keçirilən MOİK - "Difai" oyununda 0:4 uduzan qonaqlar 1-ci liqa ilə vidalaşıb.MURAD ABDULLAZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
1
icma.az

2Sources