EN

CHP-də kreslo savaşı – Kılıçdaroğlunun addımı gündəmi dəyişdi

CHP-də “mütləq etibarsızlıq” qərarı ətrafında siyasi gərginlik davam edir.

Musavat.com xəbər verir ki, CHP Ali Məhkəmədən sonra məsələ ilə bağlı etiraz müraciətini Türkiyənin Mərkəzi Seçki Komissiyasına da təqdim edib. Lakin qurum müraciətin rədd olunmasına qərar verib.

MSK sədri Sərdar Mutta bildirib ki, hüquq məhkəmələrinin qərarlarının icrası ilə bağlı qurumun səlahiyyəti yoxdur və bu səbəbdən sənəd heç bir əməliyyat aparılmadan geri qaytarılıb. O qeyd edib ki, qərarın əsaslandırılması daha sonra açıqlanacaq.

Bununla yanaşı, Kamal Kılıçdaroğlu X sosial şəbəkəsindəki profil məlumatını yeniləyərək “CHP sədri” ifadəsini əlavə edib. Bu addım Türkiyə siyasətində geniş müzakirələrə səbəb olub.

Digər tərəfdən, Özgür Özəl CHP-li il bələdiyyə sədrləri ilə partiyanın baş qərargahında görüş keçirib. Görüşün partiyadaxili proseslərlə bağlı olduğu bildirilir.

 

Musavat.com

Chosen
51
musavat.com

1Sources