EN

Hansı daha ucuzdur? - Səyahətçilərin ən böyük sualına CAVAB

"Kütləvi və populyar istiqamətlərdə tur paketi çox vaxt daha sərfəli olur. Çünki tur şirkətləri aviabilet, hotel, transfer və bəzən sığortanı toplu şəkildə aldıqları üçün qiyməti fərdi bronla müqayisədə daha münasib təqdim edə bilirlər".

Bu fikirləri Redaktor.az-a turizm eksperti Samir Dübəndi yayda planlaşdırılan turların necə sərfəli olmasından danışarkən bildirdi.

Amma ekspert qeyd etdi ki, bütün hallarda belə deyil:

"Əgər insan səfər tarixində çevikdirsə, bileti əvvəlcədən alırsa, hotel seçimini özü araşdırırsa və daha sadə yerləşmə variantlarına üstünlük verirsə, fərdi səyahət də daha ucuz başa gələ bilər. Tur paketinin əsas üstünlüyü rahatlıqdır: turist ayrıca bilet, transfer, hotel, proqram axtarmır. Fərdi səyahətdə isə seçim azadlığı çoxdur, amma risk və təşkilati yük də turistin öz üzərində qalır. Ona görə büdcə baxımından ən doğru yanaşma budur: eyni istiqamət üzrə tur paketinin qiyməti ilə fərdi bronların ümumi xərcini müqayisə etmək lazımdır. Bəzən ucuz görünən fərdi səfər transfer, baqaj, sığorta və əlavə xərclərlə paketdən baha başa gələ bilər”.

NURİYYƏ

Chosen
45
1
redaktor.az

2Sources