EN

Bakı Tbilisi qatarına böyük maraq: 23 saata görün nə qədər bilet satıldı

Sitat.info saytına istinadən ain.az xəbər verir.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə indiki vaxta 2700-ə qədər bilet alınıb.

Bu barədə Sitat.info-nun sorğusuna cavab olaraq ADY-dən bildirilib.

Təkcə Bakıdan 900-ə yaxın, Tbilisidən isə 1400-dən çox bilet alışı qeydə alınıb. 26 mayda Bakı-Tbilisi reysinə, 30 və 31 mayda isə Tbilisi-Bakı reysinə biletlər tam satılıb.

Qeyd edək ki, bilet satışı 23 saat əvvəl açılıb.

Xatırladaq ki, bu marşrut üzrə ilk qatar Bakıdan 25 may, Tbilisidən isə 26 mayda hərəkətə başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
4
sitat.info

5Sources