EN

“Neftçi” “Kəpəz”lə oyuna itki ilə çıxacaq

"Neftçi" Misli Premyer Liqasının sonuncu - 33-cü turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığı yekunlaşdırıb.

Bizim.Media xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Emil Səfərov cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.

Mayın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” matçı saat 15:00-da başlanacaq.

Bizim.Media

Chosen
45
bizim.media

1Sources